Kiprdə təlim-məşq toplanışında olan Rusiyanın "Ufa” klubu növbəti sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin komandası Ermənistan təmsilçisi "Urartu” ilə üz-üzə gəlib.
"Ufa” bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0. Azər də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
Fanat.Az