Rusiyada futbol azarkeşləri arasında kütləvi davanın videosu yayılıb.
Hadisə "Rostov" klubunun azarkeşlərinin Qroznuya səfəri ərəfəsində baş verib. Azarkeşlər səfərə çıxmaq üçün avtobusa əyləşiblər. Ancaq bəzi azarkeşlər yerdə qalıb və bununla barışmayıblar.
Davada ümumilikdə 80 nəfər iştirak edib. 3 nəfər xəsarət alıb. 13 nəfər hadisə ilə bağlı məsuliyyətə cəlb olunub.
Fanat.az