İyunun 20-dən etibarən hazırlıga başlayan AZAL ayın 30-da son yoxlama oyununu keçirəcək.
Fanat.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "təyyarəçilər" bu dəfə birinci divizion təmsilçisi “Qaradag-Lökbatan”la qarşılaşacaq.
"AZAL-Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bununla da, AZAL mövsümün hazırlığına yekun vuracaq. Birgünlük istirahətdən sonra futbolçular yenidən bir araya gələrək “Neftçi” ilə görüşün hazırlıgına start verəcək.
Fanat.az