Qış fasiləsini ölkədə keçirən klublar arasında keçirilən "CBC Sport Kuboku" davam edir. Fanat.az xəbər verir ki, bu gün turnirdə daha bir oyun baş tutub.
Günün yeganə oyununda AZAL I divizionun lideri “Neftçala”nı sınağa çəkib. Oyun Premyer Liqa klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. AZAL-ın qollarına Aleksandr Quruli (penalti), Məhəmməd Bədəlbəyli və Murad Səttarlı (penalti) imza atıb. "Neftçala"nın heyətində Aqşin Həşimov fərqlənib.
Bununla da AZAL turniri 5-ci pillədə başa vurub.
| 1 | Neftci | 4 | 3 | 1 | 0 | 7-4 | 10 |
| 2 | AZAL | 4 | 3 | 0 | 1 | 8-4 | 9 |
| 3 | Neftçala | 4 | 0 | 3 | 1 | 5-7 | 3 |
| 4 | Şərurspor | 3 | 0 | 1 | 2 | 6-8 | 1 |
| 5 | MOİK | 3 | 0 | 1 | 2 | 2-5 | 1 |
Fanat.az