Aydın İbrahimovun nəşi morqda qalıb - Açıqlama

Aydın İbrahimovun nəşi morqda qalıb - Açıqlama

Ötən gecə koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun ilk prezidenti Aydın İbrahimov dəfn edilməyib.

Məlumatı Fanat.Az-a mərhumun nəvəsi Nərminə Məmmədova verib. 

Onun sözlərinə görə, “Babamın nəşi hələ də “Semaşko” xəstəxanasında morqdadır. Dəfn edilməsi üçün yer ayrılmayıb. “Neftçi” klubuna, Gənclər və İdman Nazirliyinə bununla bağlı müraciət etsək də, heç bir cavab gəlməyib. Heç olmasa dəfni üçün yer ayrılsın". 

Məsələ ilə əlaqədar olaraq "Neftçi" klubu ilə nazirliyə müraciət etdik.

Paytaxt təmsilçisinin mətbuat katibi Rüstəm Allahverdiyev saytımıza açıqlamasında qeyd etdi ki, "Ailəsi onu II Fəxri Xiyabanda, öz məşqçisinin yanında dəfn etmək istəyir. Bununla bağlı kluba müraciət olunub. Kamran müəllim bu işlə məşğul olur".

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev isə Fanat.Az-a bildirdi ki, "Nazirlik bu işlə məşğuldur. Müvafiq qurumlarla danışıqlar aparılıb və məsələnin həlli üçün çalışırıq".

Röya Kərimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər