Avstriya millisinin forvardı Almaniya klubunda - RƏSMİ

Avstriya millisinin forvardı Almaniya klubunda - RƏSMİ

İngiltərənin "Vulverhempton" klubunun hücumçusu Saşa Kalayciç karyerasını Almaniyada davam etdirəcək.

Fanat.Az-ın məlumatına görə, Avstriya millisinin forvardı "Ayntraxt"a icarəyə verilib.   İnformasiyanı Frankfurt təmsilçisinin rəsmi saytı yayıb. Kalayciçin cari mövsümün sonunadək icarəyə götürüldüyü bildirilib.

Qeyd edək ki, sözügedən futbolçunun "Vulverhempton"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm "canavarlar"ın forması ilə bütün turnirlərdə 13 matça çıxan Saşa 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Avstriya millisinin forvardı Almaniya klubunda - RƏSMİ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər