"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Avropaya qayıtmaq istəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:
"Məşqlərə qayıtmışam və hazırda özümü yaxşı hiss edirəm. Klubdan müvəqqəti ayrılmağımla bağlı deyilənlər həqiqəti əks etdirmir. Mənim baş məşqçimiz Marselo Qalyardo ilə problemim yoxdur. Avropaya qayıtmaq istədiyimi deyənlərin hamısı yalançıdır. Səudiyyə Ərəbistanında çox xoşbəxtəm. Burada kiminləsə insident yaşamamışam".
Xatırladaq ki, Qalyardo yanvarın ortalarında klubun bazasına gec gələn Benzemanı məşqlərdən uzaqlaşdırmışdı.