Avropada mövsümün ən gözəl qolu - VİDEO

Avropada mövsümün ən gözəl qolu - VİDEO
UEFA 2015/16 mövsümünün ən gözəl qolunu seçib. Fanat.Az xəbər verir ki, aparılan səsvermənin nəticəsinə görə, ən gözəl qolun müəllifi “Barselona”nın hücumçusu Lionel Messi olub.
 
Onun Çempionlar Liqasının qrupunda “Roma”nın qapısından keçirdiyi top 34 faiz səs toplayıb. Səsvermədə iştirak edən 215 min 417 nəfərdən 73 min 331-i Leonun qolunun ən gözəl olduğu qənaətinə gəlib. Argentinalını 13 faizlik səslə futzal üzrə Portuqaliya yığmasının lideri Rikardinyo izləyib. İlk “üçlüy”ü isə İsveçrə yığmasının heyətində Avropa çempionatında gözəl qola imza atan Xerdan Şaqiri (11%) qapayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər