Avropa Oyunları: Badmintonçumuz 1/8 finalda

Avropa Oyunları: Badmintonçumuz 1/8 finalda

Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, o, fərdi yarışda qrupdakı son görüşündə almaniyalı Li İvonnanı üstələyib.

Rəqib ilk hissəni öndə tamamlasa da, əzmkarlıq göstərən Keyşa Fatimə Zəhra 2:1 hesablı (17:21, 21:18, 21:17) qələbə qazanıb.

Daha əvvəl qrupdakı ilk iki duelində də üstün olan Azərbaycan badmintonçusu 1/8 final mərhələsinə yüksəlib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər