Avropa Olimpiya Komitəsinin prezidenti həbs olundu

Avropa Olimpiya Komitəsinin prezidenti həbs olundu

Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey Rio-de-Janeyroda həbs edilib, Braziliya mediası xəbər verir.

Məlumata görə bu, "Olimpiya biletlərinin qeyri-qanuni satışı" ilə bağlıdır.

71 yaşlı cənab Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir, məlumatlarda deyilir.

Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.

Polisin bildirdiyinə görə, onlar cənab Hickey-ni həbs etməyə gələndə o, qaçmağa cəhd edib.

Cənab Hickey həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər