Avropa Kuboku: Azərbaycan yığması uduzdu

Avropa Kuboku: Azərbaycan yığması uduzdu

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, təmsilçimiz C qrupundakı ilk matçında Niderlandla qarşılaşıb.

Görüş seçməmizin 9:21 hesablı yenilgisi ilə yekunlaşıb.

Millinin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər