Avroliqanın finalına azarkeşlər buraxılacaq

Avroliqanın finalına azarkeşlər buraxılacaq
Avropa Liqasının final matçında azarkeşlər iştirak edə biləcək.
 
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Polşanın Qdansk şəhərində keçiriləcək həlledici görüşə stadionun tutumunun 25 faizi qədər, yəni 9500 azarkeş buraxılacaq. 
Qeyd edək ki, final oyunu mayın 26-da baş tutacaq. Burada "Mançester Yunayted” (İngiltərə) – "Roma” (İtaliya) və "Vilyarreal” (İspaniya) – "Arsenal” (İngiltərə) cütlərinin qalibləri qarşılaşacaq. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər