Avroliqanın erkən finalı türk hakimlərə əmanət

Avroliqanın erkən finalı türk hakimlərə əmanət
Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA mərhələnin əsas qarşılaşmasını türk hakimlərə tapşırıb.
Belə ki, erkən final adlandırılan "Liverpul" - "Borussiya" matçını Cüneyt Çakır idarə edəcək. Komandalar arasında ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.
Digər matçlara Sloveniya, Çexiya və İngiltərədən olan hakimlər təyinat alıb.
14 aprel
23.05 Liverpul (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)
Hakimlər: Cüneyt Çakır, Cem Satman, Tarik Ongün, Serkan Ok (Türkiyə).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşek (Türkiyə).
Liverpul. Anfield stadionu.
23.05 Sevilya (İspaniya) - Atletik (İspaniya) 
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul (Sloveniya).
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçic (Sloveniya).
Sevilya. Ramon Sançes Pizjuan stadionu.
23.45 Şaxtyor (Ukrayna) - Braqa (Portuqaliya)
Hakimlər: Pavel Kraloveç, Roman Slişko, Martin Vilçek, Tomaş Mokruş (Çexiya).
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Miçal Patak (Çexiya).
Lvov. "Lvov Arena".
23.45 Sparta (Çexiya) - Vilyarreal (İspaniya)
Hakimlər: Martin Atkinson, Maykl Mullarkey, Stepan Çild, Stüart Burt (İngiltərə).
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Krayq Pavson (İngiltərə).
Praqa. "Generali Arena"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər