Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, bütün oyunları eyni gündə baş tutub.
“Qarabağ” da Sloveniya “Olimpiya”sı ilə cavab matçına çıxıb. Lyublyanada baş tutan ilk oyunda 2 cavabsız qolla qalib gəlmiş Azərbaycan çempionu doğma meydanda “sülh” bağlamaqla qrupa vəsiqəni təmin edib.
Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası - Zaqreb “Dinamo”su isə ilk oyunda məğlub etdiyi Praqa “Sparta”sı ilə bu dəfə səfərdə qarşılaşıb və böyük hesabla uduzaraq Avroliqa ilə vidalaşıb.
Avropa Liqası Pley-off mərhələsinin cavab oyunları 31 avqust
“Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya) 1:1 (ilk oyun 2:0) “Aris” (Limasol, Kipr) - “Slovan” (Slovakiya) 6:2 (1:2) “Zarya” (Ukrayna) - “Slaviya” (Praqa, Çexiya) 2:1 (0:2) “Şerif” (Moldova) - “Klaksvik” (Farer adaları) 2:1 (1:1) “Sparta” (Praqa, Çexiya) - “Dinamo” (Zaqreb, Xorvatiya) 4:1 (1:3) “Ayaks” (Niderland) - “Ludoqorets” (Bolqarıstan) 0:1 (4:1) “Çukariçki” (Serbiya) - “Olimpiakos” (Yunanıstan) 0:3 (1:3) “Luqano” (İsveçrə) - “Yunion” (Belçika) 0:1 (0:2) “Aberdin” (Şotlandiya) - “Haken” (İsveç) 3:1 (2:2) “Zrinski” (Bosniya və Herseqovina) - LASK (Avstriya) 1:1 (1:2)