“Ağsu”nun növbəti mövsüm üçün hədəfləri bir az böyüyüb. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, klubun sponsoru olan "AzGranata" şirkəti növbəti mövsüm üçün klubun büdcəsini artırıb.
Komandanın qarşısına da yalnız çempionluq üçün oynamaq və Premyer Liqaya vəsiqə qazanmaq tapşırığı qoyulub. Baş məşqçi Rüfət Quliyev də məhz bu səbəbdən bir-neçə Premyer Liqa təcrübəsi olan futbolçu ilə də danışıqlar aparır. Onlardan biri olan Davud Kərimi ilə artıq rəsmi müqavilə bağlanıb.
Fanat.az