"Aston Martin" Formula 1-də tarixi loqosu ilə çıxış edəcək

"Aston Martin" Formula 1-də tarixi loqosu ilə çıxış edəcək

Britaniyanın əfsanəvi idman avtomobili istehsalçısı "Aston Martin" 1913-cü ildə təsis edilib və onun ilk avtomobilləri 1922-ci ildə Formula 1-in Fransa Qran Prisinə çıxıb. 

Fanat.Az  Formula 1-in rəsmi saytına istinadən xəbər veri ki, "Aston Martin"in bu yarışda debüt etməsinin 100-cü ildönümünün şərəfinə bolidlərdə şirkətin tarixi loqoları əks olunub.

“Bu həftəsonu, Fransa Qran Prisində debütümüzün 100 illiyi şərəfinə AMR22 avtomobilləri brendin orijinal loqoları altında yarışacaq. Biz çox qürur duyduğumuz avtoidman irsimizi belə qeyd edirik”, - deyə komanda bildirib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər