Asiya Kuboku, yoxsa Afrika Millətlər Kuboku daha dəyərlidir? - Pul mükafatları

Asiya Kuboku, yoxsa Afrika Millətlər Kuboku daha dəyərlidir? - Pul mükafatları

Fevralın 10 və 11-də Asiya Kuboku ilə Afrika Millətlər Kubokunun final oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Asiyanın ən yaxşı komandası İordaniyaya 3:1 hesabı ilə qalib gələn Qətər komandası olub.

Fil Dişi Sahili isə kubok uğrunda həlledici görüşdə Nigeriyaya 2:1 hesabı ilə qalib gələrək Afrika qitəsinin ən güclüsü adını qazanıbb.

Qətər komandası qalib kimi 5 milyon dollar pul mükafatı qazanıb, Fil Dİşi Sahili kollektivi isə 7 milyon dollarlıq çek alıb.

Asiya Kuboku üçün pul mükafatı:

Qətər - 5 milyon dollar İordaniya - 3 milyon dollar Cənubi Koreya/İran – 1 milyon dollar

Afrika Millətlər Kuboku üçün pul mükafatı:

Fil Dişi Sahili - 7 milyon dollar Nigeriya - 4 milyon dollar Cənubi Afrika Respublikası/Konqo – 2,5 milyon dollar

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər