Hazırda Fransanın PSJ klubunda çıxış edən ispaniyalı yarımmüdafiəçi Marko Asensio vətəninə qayıtmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
Mınbənin məlumatına görə, "Atletiko Madrid" yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.
Futbolçunun parislilərlə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Onun qiyməti təxminən 25 milyon avrodur.
Asensio Fransa çempionatının bu mövsümündə 14 oyun keçirib və bu matçlarda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Marko 2015-2023-cü illərdə “Real Madrid”in futbolçusu olub