"Artetanın etdiyi vecimə deyil" - Konte

"Artetanın etdiyi vecimə deyil" - Konte

"Tottenhem"in baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasında "Arsenal"la (3:0) 22-ci turun görüşündən sonra rəqib çalışdırıcı Mikel Artetanın şikayətlərinə münasibət bildirib. 

Fanat.Az "Goal"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis böyükhesablı qələbə qazandıqları oyunla bağlı narazılıq bildirən London təmsilçisinin ispan baş məşqçisinə məsləhət verib:

“Arteta çox şikayətlənir. Məncə, komandasına, işinə daha çox diqqət yetirməlidir. Çünki o, çox yaxşı mütəxəssisdir. Ancaq davamlı olaraq birinin şikayətini eşitmək yaxşı deyil. "Liverpul"la matçda Fabinyodan və rəqibin kobudluqlarından şikayət etdiyimi eşitdiniz? Yox! Əslində, istəyir məsləhətlərimə əməl etsin, istərsə də yox, özü bilər. Mənim vecimə deyil”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər