Arşavinin yeni klubu bəlli oldu

Arşavinin yeni klubu bəlli oldu
Arşavinin yeni klubu bəllidi Andrey Arşavinin karyerasına harada davam etdirəcəyinə aydınlıq gəlib. Fanat.az xəbər verir ki, Rusiya millisinin sabiq futbolçusu Qazaxıstana üz tutub.
Belə ki, təcrübəli yarımmüdafəçi "Kayrat" klubu ilə anlaşıb. Sözləşmənin müddətinin 1 il olması gözlənilir.
Qeyd edək ki, futbolçu karyerasına "Zenit"də başlayan 34 yaşlı Arşavin 2009-2013-cü illər arası London "Arsenal"ında çıxış edib. Bundan başqa o, ölkəsində "Kuban"ın da şərəfini qoruyub.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər