Argentinaya qalib gəldilər, bir günlük bayram tətili elan etdilər

Argentinaya qalib gəldilər, bir günlük bayram tətili elan etdilər

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud bu ölkənin yığma komandasının Qətərdə keçirilən dünya çempionatında Argentina üzərində qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib.

Fanat.Az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Tələbələr də dərslərdə iştirak etmək məcburiyyətində deyillər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər