Argentinalı baş məşqçi Ektor Kuper Konqo Demakratik Respublikası millisinin baş məşqçisi postundan istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, buna səbəb sözügedən yığmanın Afrika Millətlər Kubokunun seçmə mərhələsində zəif çıxışıdır.
"Bəbirlər" qrupdakı ilk iki matçda Qabona (0:1) və Sudana (1:2) məğlub olduqdan sonra ölkənin idman nazirliyi Kuperlə müqaviləyə xitam verməyi qərara alıb.
66 yaşlı mütəxəssis konqolulara 2021-ci ildən rəhbərlik edirdi. Mirağa