Argentina yenə kuboka həsrət qaldı - VİDEO

Argentina yenə kuboka həsrət qaldı - VİDEO

Amerika Kubokuna yekun vurulub. Fanat.az xəbər verir ki, ABŞ-da keçirilən turnirin finalında Argentina və Çili qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. 28-ci dəqiqədə Çilidən Marselo Diaz, 43-cü dəqiqədə Argentinadan Markos Rojo qırmızı vərəqə alıb. Qalib penalti seriyasında müəyyənləşib. Bu zaman 4:2 hesablı qələbə qazanan Çili ardıcıl ikinci dəfə finalda Argentinanı yenərək turnirin qalibi olub.

Argentina millisi tarixində 27-ci dəfə final oynayıb. Lionel Messinin komandası qalib gələcəyi halda 14 dəfə kuboka sahib çıxıb. Amerika Kubokunu ən çox qazanan Uruqvay millisi 15 dəfə kuboku başı üzərinə qaldırıb. 

Argentina artıq 23 ildi kuboka həsrətdi. Bu komanda sonuncu dəfə 1993-cü ildə - Ekvadorda keçirilən turnirin qalibi olub. Həmin vaxtdan sonra keçirilən 7 turnirdə 3 dəfə finala çıxan argentinalılar qalib ola bilməyib. 2004-2007-ci illərdə Braziliyaya uduzan komanda ötən il Çiliyə yenilib. Həmçinin Argentina 4 dəfə bürünc medallarla kifayətlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər