ABŞ-da keçirilən Amerika Kubokunda yarımfinalçılar müəyyənləşib. Fanat.az xəbər verir ki, bu mərhələyə son iki vəsiqəni Argentina və Çili qazanıb.
Argentina 1/4 finalda Venesuellanı 4:1 hesabı ilə yenib. Çili isə Meksikaya 7:0 hesabı ilə divan tutub.
Qeyd edək ki, bundan əvvəl ABŞ və Kolumbiya yarımfinala çıxmışdı. 1/2 finalda ABŞ - Argentina və Kolumbiya - Çili matçları baş tutacaq.
Argentina - Venesuella 4:1
Qollar: Qonzalo Hiquayn, 8; 28. Lionel Messi, 60. Erik Lamela, 71 - Salomon Rondon, 70.
Meksika - Çili 0:7
Qollar: Edson Puç, 16; 87. Eduardo Varqas, 44; 52; 57; 74. Aleksis Sançes, 49.
Fanat.az