Arazla Slavik üçün yubiley

Arazla Slavik üçün yubiley
"Qarabağ”ın futbolçusu Araz Abdullayev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub. 
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Topaz Premyer Liqasının XIX turunun "Keşlə” ilə səfər qarşılaşmasına təsadüf edib. 
Araz 30-cu qoluna 183-cü oyununda imza atıb. Abdullayev "Neftçi”də 163 oyunda 28, "Qarabağ”da 11 matçda 2 qol vurubsa, yalnız 9 dəfə heyətində meydana çıxdığı "Qəbələ”də fərqlənə bilməyib.
Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 87-ci futbolçu olub. O, qol sayında Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemona çatıb.
XIX tur "Keşlə”nin futbolçusu Slavik Alxasov üçün də əlamətdar olub. "Qarabağ”la görüş (0:1) 26 yaşlı müdafiəçinin Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyunu kimi yadda qalıb. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Alxasov bu müddətdə 11 qol vurub. 
Slavik 200 oyunu üç komandanın heyətində keçirib. Premyer Liqadakı ilk klubu "Sumqayıt” olan arxa xətt oyunçusu bu komandada 126 qarşılaşmada 3 qol vurub. "Xəzər Lənkəran”da 10 oyun keçirən Alxasov 3-cü mövsümdü indiki klubundadı. Əvvəl "İnter”, indi "Keşlə” adlanan komandada 64 matça çıxan müdafiəçi burada 8 qolun sevincini yaşayıb.
 

mövsüm

klub

oyun

qol

2011/12

Sumqayıt

20

0

2012/13

Sumqayıt

29

0

2013/14

Sumqayıt

14

0

2013/14

Xəzər Lənkəran

10

0

2014/15

Sumqayıt

29

2

2015/16

Sumqayıt

34

1

2016/17

İnter (Bakı)

18

1

2017/18

Keşlə (Bakı)

28

4

2018/19

Keşlə (Bakı)

18

3

Cəmi

200

11

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər