Araz Abdullayevin çıxış etdiyi klubda kütləvi yoluxma

Araz Abdullayevin çıxış etdiyi klubda kütləvi yoluxma
Millimizin futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Boluspor" klubunda koronavirusa yoluxan şəxslərin sayı artıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə türk klubunun rəsmi tvitter səhifəsi məlumat yayıb.
 
Xəbərə görə, Bolu təmsilçisində 5 oyunçu, 1 məşqçisi və klubun 3 işçisinin testi müsbət nəticələnib.
Beləliklə, 8 futbolçu, 1 məşqçi, 1 tibb işçisi və klubun 4 əməkdaşının koronavirus səbəbindən karantində olduğu açıqlanıb.
Qeyd edək ki, Araz Abdullayev Azərbaycan yığmasının 3 oyun üçün hazırkı təlim-məşq toplanışına çağırılmayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər