Kipr çempionatında ilk "altılığ”ın 2-ci turu keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin komandası - "Anortosis” "Apollon”u qəbul edib. Oyun meydan sahiblərinin 1:2 hesablı yenilgisiylə yekunlaşıb. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Araz hesab 1:1 olan zaman döyüşə atılıb. Lakin 48-ci dəqiqədə qazon üzərinə ayaq basan futbolçumuz vəziyyətin "Apollon”un xeyrinə dəyişməsinə yardımçı ola bilməyib.
"Anortosis” 57 xalla 3-cü pillədədi.
Fanat.Az