Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası 0:2 hesabıyla yenilib.
Arazın adı matçın iştirak ərizəsinə salınmayıb.
16 turdan sonra hesabında 13 xal olan "Boluspor” 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Fanat.Az