Araz Abdullayev “Anortosis”dən rəsmən ayrıldı

Araz Abdullayev “Anortosis”dən rəsmən ayrıldı
"Anortosis”də gözlənilən ayrılıq rəsmiləşib. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, kiprlilər milli komandamızın yarımmüdafiəçisi Araz Abdullayevlə yollarını ayırdığını bəyan edib.
Belə ki, Famaqusta təmsilçisi icarədə olan iki oyunçu ilə vidalaşıb. Araz müqavilə ilə məxsus olduğu "Qəbələ”yə, hücumçu Nikolas Matteu isə PAOK-a qayıdıb.
Qeyd edək ki, Araz Abdullayev "Anortosis”in heyətində 34 rəsmi oyuna çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər