Aqolliyə paytaxtın açarı təqdim olundu

Aqolliyə paytaxtın açarı təqdim olundu

"Avro-2016"da çıxışını başa vuran Albaniya millisi vətənə qayıdıb.

Yığmanın üzvlərini paytaxt Tiranada minlərlə azarkeş və ölkə prezidenti qarşılayıb.

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də şərəfərini qoruduğu Albaniya millisi "Avro-2016"nın qrup mərhələsini 3 xalla başa vuraraq turnirlə vidalaşıb. Bununla belə, Avropa çempionatında debütant olmasına baxmayaraq, əzmkar çıxışı ilə diqqət çəkən Albaniya yığması paytaxtda rəğbətlə qarşılanıb.

Bu ölkənin Futbol Federasiyası yığmanın bütün üzvlərinə pul mükafatı təqdim edib. Komandanın hər bir oyunçusu və məşqçilər korpusu paytaxtın rəmzi açarına layiq görülüb. Eyni zamanda yeni milli stadionun girişində "Avro-2016"da iştirak edən hər bir futbolçunun adı qeyd olunub. 

Qeyd edək ki, A qrupunda mübarizə aparan albanlar ilk görüşdə İsveçrəyə 0:1, ardından Fransaya 0:2 hesabı ilə uduzub. Son olaraq Rumıniyaya 1:0 hesabı ilə qalib gələn Albaniya millisi ən yaxşı 4 qrup üçüncüsü sırasına düşə bilməyib. (qol.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər