Anxel Di Mariadan karyerası ilə bağlı önəmli açıqlama: "Mənim üçün xəyal olaraq qaldı"

Anxel Di Mariadan karyerası ilə bağlı önəmli açıqlama: "Mənim üçün xəyal olaraq qaldı"

"Benfika" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq argentinalı Anxel Di Maria gələcək karyerası ilə bağlı açıqlamalar verib.

Fanat.Az xəbər verir ki, "TYC Sport" təcrübəli futbolçunun sözlərini belə çatdırıb:

"Milli komanda macəramı Amerika Kuboku ilə bitirmək qərarına gəlmişəm. Artıq bu forma ilə vidalaşmağın vaxtıdır. "Rosario Central" ilə Libertadores Kubokunu qazanmaq istəmişdim, amma ordakı karyeram qısa sürdü. Libertadores mənim üçün xəyal olaraq qaldı".

Qeyd edək ki, cari mövsüm "Benfika"nın heyətində 27 rəsmi matça çıxan Anxel Di Maria 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər