Ansu Fati oynamaq istədiyi klubu seçdi

Ansu Fati oynamaq istədiyi klubu seçdi

Hazırda icarə əsasında İngiltərənin “Brayton” klubunda çıxış edən “Barselona”nın kataloniyalı hücumçusu Ansu Fati gələcək planları ilə bağlı qərara gəlib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. 

Mənbənin məlumatına görə, hücumçu Kataloniya təmsilçisinin düşərgəsinə qayıtmaq istəyir. Ansu "Barselona"nın heyətində yer almaq üçün mübarizə aparmağa qadir olduğuna inanır. Komandanın baş məşqçisi Xavi Ernandes də öz növbəsində, futbolçuya şans verməyə hazırdır. 

Ansi Fati bu mövsüm "Brayton"da 25 matçda iştirak edib. Hücumçu bu görüşlərdə 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər