Ansi Aqollinin vəziyyəti necədi?

Ansi Aqollinin vəziyyəti necədi?

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Viktoriya" - "Qarabağ" matçında (0:0) zədələnən Ansi Aqollinin durumuna aydınlıq gəlib.

Fanat.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində əzələsini dartdığı üçün yerini İlqar Qurbanova buraxan təcrübəli müdafiəçinin zədəsi elə də ciddi deyil.

Əldə etdiyimiz məlumata görə, albaniyalı indi özünü yaxşı hiss edir və Qurban Qurbanov şans verəcəyi halda Bakıda keçiriləcək cavab matçında oynaya biləcək.

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı avqustun 2-də baş tutacaq.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər