“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov "Zirə" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, cənub klubunun baş məşqçisi bunları deyib:
"İlk olaraq qələbə münasibətilə “Zirə”ni təbrik edirəm. Maraqlı oyun alındı. Hər iki komanda hücum futbolu sərgilədi. Yaxşı oynadığımız məqamda ani səhvdən qol buraxdıq. Çalışdıq əvəzini çıxaq, ancaq alınmadı. İkinci hissədə müdafiəyə çəkilməli olduq, çünki rəqib sürəti artırdı. Ancaq bizim də imkanlarımız oldu, sadəcə bəxtimiz gətirmədi”. (“CBC Sport”)
Fanat.az