"Angels Yunayted" klubunun acı hekayəsi - FOTOLAR

"Angels Yunayted" klubunun acı hekayəsi - FOTOLAR

İngiltərənin həvəskarlardan ibarət "Angels Yunayted" klubu ilə maraqlı fakt ortaya çıxıb. 

Fanat.Az "The Sun" nəşrinə istidanən xəbər verir ki, məgər komandada çıxış edən futbolçular övladlarını erkən itirən valideynlərdir. Onlar "Matəm saxlayanlar qrupu"nun üzvləridir.

Komanda həm meydanda, həm də ondan kənarda bir-birini dəstəkləyir, uşaqları ilə bağlı xatirələrini bölüşür. 

Komandanın 30 yaşlı üzvü Ceyk deyir ki, "Bu qrupa üzv olandan bəri özümüzü daha yüngülləşmiş hiss edirik. Sonra komandanı yaratmaq qərarına gəldik. Bu isə əladır. Həm idmanla məşğul oluruq, həm də oyundan sonra bir-birimizə təsəlli verib dəstək oluruq".

Hər bir oyunçu çəhrayı və mavi rənglərin çalarından hazırlanan formanın arxasında dünyasını dəyişən övladının adını yazdırıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər