Ançelotti üçün 1000

Ançelotti üçün 1000

"Bavariya"nın italiyalı baş məşqçis Karlo Ançelotti üçün 22-ci turda "Hamburq"la keçiriləcək görüş məşqçilik karyerası ərzində sayca 1000-ci rəsmi matç olacaq.

Fanat.Az xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb. 

Ançelotti "Bavariya" ilə yanaşı "Recina", "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ və Madrid "Real"ına rəhbərlik edib.

Qeyd edək ki, "Bavariya" – "Hamburq" görüşü fevralın 25-də Münhendə "Alyans Arena"da keçiriləcək. Hazırda münhenlilər 21 oyundan sonra 50 xalla Bundesliqaya liderlik edir.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər