Karyerası boyu Avropa futbolunun ən məşhur məşqçiləri ilə çalışan polşalı ulduz hücumçu Robert Levandovski onlar haqqında danışıb.
Fanat.Az xəbər verir ki, qoleador İtaliyanın "ITASportPress" xəbər agentliyinə açıqlamasında Karlo Ançelotti, Pep Quardiola və Yürgen Kloppun ayrı-ayrılıqda ona necə təsir etdiyini dilə gətirib:
"Klopp sizi hər zaman dəstəkləyən ata kimidir. Qvardiola mənim futbol haqqında təsəvvürümü dəyişdi. Ançelottiyə gəlincə, o, mənə özünə inam verdi. O vaxt mənim çatışmayan cəhətim bu idi".
Levandovski ötən ildən “Barselona”da Xavinin rəhbərliyi altında çıxış edir.
Mirağa