Ançelotti Madrid derbisində qazandıqları qələbəni belə şərh etdi

Ançelotti Madrid derbisində qazandıqları qələbəni belə şərh etdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya Kubokunun 1/4 finalında "Atletiko Madrid" üzərində qazandıqları qələbəni (3:1) şərh edib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin dediklərini "Marca" belə çatdırıb:

"Bu, çox çətin oyun idi. Rəqib əla performans sərgilədi. Temp yüksək deyildi və onlar topla yaxşı edirdilər. Biz isə ikinci yarıda nəyə qadir olduğumuzu göstərə bildik. Nəticədə, matçın sonları bizim üçün uğurlu alındı. Əlbəttə ki, buna görə xoşbəxtəm. Yorulmuşam və artıq qarşıdakı görüş barədə düşünürəm.

Ağır mövsüm keçiririk. Bir neçə cəbhədə mübarizə aparırıq. Əziyyət çəkməli, mübarizə aparmalıyıq. Başqa nəsə edə bilmərik".

Qeyd edək ki, "Real Madrid"lə yanaşı, "Barselona", Bilbao "Atletik"i və "Osasuna"da İspaniya Kubokunun yarımfinalına vəsiqə qazanıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər