"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqanın 2-ci turu çərçivəsində keçirilən "Selta" ilə matçda (4:1) penaltini boşa verən Eden Hazardan danışıb.
Fanat.Az xəbər verir ki, "Football Espana" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Eden az oynadı, amma əvvəlki vəziyyətinə qayıtmaq üzrə olduğunu isbatladı. Penaltidən yararlana bilməməsi heç nəyi dəyişmir. Getdikcə formaya düşür ki, əsas olan da budur".
Qeyd edək ki, Hazar 2019-cu ildən "Real"dadır. Ötən mövsüm bütün turnirlərdə 31 matça çıxan belçikalı futbolçu 1 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat