Yunanıstan Super Liqasında XXVII turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, Amit Quluzadənin formasını geydiyi AEL "Asteras"la qarşılaşıb.
Larissa təmsilçisi bu görüşdə böyükhesablı məğlubiyyətlə barışmalı olub - 1:4. Ötən turda baş tutan PAOK-la görüşdə ehtiyat oyunçular skamyasında əyləşən və meydana çıxmayan Quluzadə bu dəfə heç "18-liy"ə də salınmayıb.
Quluzadənin komandası hazırda 24 xalla 13-cü pillədə yer alıb.
Fanat.Az