Amiqo Ərdoğanı təhqir etdiyi üçün həbs olundu - FOTOLAR

Amiqo Ərdoğanı təhqir etdiyi üçün həbs olundu - FOTOLAR
"Bursaspor"un amiqosu (stadiona gələn azarkeşləri coşduran şəxs - red.) Fikrət Yorqun sosial şəbəkədə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanı təhqir etdiyi üçün tutulub.
Fanat.Az xəbər verir ki, polisdəki sorğu-sualdan sonra prokurorluğa cəlb edilən "Ardiles" ləqəbli "timsahlar"ın azarkeşi məhkəməyə çıxarılıb. Məhkəmə isə onun həbsi barədə qərar çıxarıb.
Qeyd edək ki, o, "Facebook"da fotomontaj edərək ölkə prezidentini təhqir edən şəkil paylaşmışdı.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər