Almeyda oynadı, Qriqorçuk sevindi

Almeyda oynadı, Qriqorçuk sevindi
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Qazaxıstanın "Astana" klubu Monteneqroda "Sutyeska”nın qonağı olub. "Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçukun başçılıq etdiyi komanda səfərdə 2:0 hesablı qələbə qazanıb. İlk oyunda mminima hesablı qələbəyə sevinən "Astana" mərhələ adlayıb. 
Qazaxıstan klubunun formasını geyinən millimizin üzvü Riçard Almeyda bu oyunun iştirakçısı olub. Qriqorçukun "Qarabağ"dan apardığı braziliyalı futbolçu 81-ci dəqiqədə Laslo Kleynheyşlerin yeriinə meydana çıxıb.
Ötən mövsüm PAOK-un "Qarabağ"a icarəyə verdiyi, bu yay "Astana"ya transfer olunan Pedro Enrikenin adı isə "18-liy"ə salınmayıb. 
Qeyd edək ki, "Astana" II təsnifat mərhələsində Danimarkanın "Midilyand" klubu ilə qarşılaşacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər