Almaniyada yeni texnologiyalı topdan istifadə ediləcək

Almaniyada yeni texnologiyalı topdan istifadə ediləcək

Gələn il Almaniyada keçiriləcək Avropa çempionatında “Adidas”ın yüksək texnologiyalı topundan istifadə olunacaq.

Fanat.Az xəbər verir ki, məlumatı “The Times” yayıb. 

Xəbərə görə, top qol zamanı ələ dəyib-dəymədiyini müəyyənləşdirməyə kömək edəcək. Bunun üçün ona mikroçip yerləşdiriləcək. Bu sistem oyunçuların real vaxt rejimində 3D vizual təsvirlərini yaratmağa imkan verən əzaların izlənilməsi texnologiyası ilə birlikdə işləyəcək.

Mikroçip həmçinin topun dəqiq vurulma vaxtını qeyd edəcək və bu, hakimlərə ofsaydın olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.

AÇ-2024 iyunun 4-dən 14-dək Almaniyada keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər