"Qalatasaray"ın Seneqal əsilli fransalı futbolçusu Bafetimbi Qomis Avropada da özündən söz etdirir. Fanat.Az xəbər verir ki, Super Liqada meydana çıxdığı 5 rəsmi oyunda 7 qol vuran hücumçuya Almaniyadakı seçkilərdə səs verilib.
Belə ki, Almaniyada Bundestaqa keçirilən seçkidə bir nəfər Qomisə səs verib. Həmin seçici seçici blankının üzərinə "Partiya: Qalatasaray. Başqan: Qomis" yazaraq qutuya atıb.

Fanat.Az