Almaniya nəhəngi zamanı irəli çəkə bilər

Almaniya nəhəngi zamanı irəli çəkə bilər

Mövsümün sonunda "Bayern Münhen"lə yollarını ayıracaq Tomas Tuxel vaxtından əvvəl postundan gedə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport" yayıb.  Xəbərə görə, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Latsio” ilə cavab matçı təcrübəli çalışdırıcının gələcəyini müəyyən edəcək. Mümkün uğursuzluq yaşanacağı halda, rəhbərlik mövsümün sonunu gözləmədən Tuxeli istefaya göndərməyi düşünür.

Qeyd edək ki, tərəflərin ilk duelində İtaliya təmsilçisi 1:0 hesablı qələbə qazanıb. "Bayern" Bundesliqada lider "Bayer"dən 10 xal geri qalaraq 2-ci pillədə qərarlaşıpb.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər