Almaniya nəhəngi qeyri-adi formasını təqdim etdi - "Oktoberfest"in şərəfinə

Almaniya nəhəngi qeyri-adi formasını təqdim etdi - "Oktoberfest"in şərəfinə

"Bayern Münhen" "Oktoberfest"in şərəfinə hazırlanan ənənəvi formanı təqdim edib.

Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə təqdim olunan yeni forma solğun yaşıl rəngdə hazırlanıb və dağ çiçəyi naxışı ilə bəzədilib. 

Köynəkdə klubun hazırki loqosunun əvəzinə retro emblem əks olunub.

“Bayern”in fan-şopunda formanın qiyməti 100 avrodur.

Dünyanın ən böyük pivə festivallarından biri olan "Oktoberfest" bu il sentyabrın 16-dan oktyabrın 3-dək keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər