Almaniya nəhəngi ABŞ yığmasının üzvü üçün hərəkətə keçdi

Almaniya nəhəngi ABŞ yığmasının üzvü üçün hərəkətə keçdi

ABŞ-ın "Chicago Fire" klubunun və U-20 yığmasının qapıçısı Qabriel Slonina bir çox Avropa komandalarının radarına düşüb. 

Fanat.Az "Transfermarkt"ə istinadən xəbər verir ki, onun müştəriləri arasında "Çelsi", "Yuventus", "Vulverhempton" və son olaraq, "Bayern Münhen" var. 

İddiaya görə, 18 yaşlı qolkiperin transferində məhz Almaniya nəhəngi favorit hesab edilir. 

Qeyd edək ki, Polşa kökləri olan Slonina bu ölkənin millisindən təklif alsa da, Amerika yığma komandalarında çıxışını davam etdirmək niyyətində olduğunu bildirib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər