"Liverpul"un qapıçısı iddialı danışdı: "4 kubok qazana bilərik"

"Liverpul"un qapıçısı iddialı danışdı: "4 kubok qazana bilərik"

"Liverpul"un qapıçısı Alisson Bekerin fikrincə (Alisson Becker) klubu bu mövsüm dörd kubok qazana bilər.

Fanat.Az xəbər verir ki, 28 yaşlı braziliyalı bu barədə "Sky Sports"a açıqlamasında deyib.

Jurnalistin "Bu mövsüm Premyer Liqada çempionluq yarışı sizin üçün diqqət mərkəzində olacaqmı?" sualına Alisson əminliklə cavab verib:

"Düşünürəm ki, bundan da daha çox şeyə nail ola bilərik. Biz iştirak etdiyimiz bütün turnirləri qalib başa vurmaq istəyirik: Premyer Liqa, Çempionlar Liqası, İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku - mümkün olan bütün kubokları qazanmaq istəyirik. Bu, "Liverpul" kimi klubların əsas hədəfi olmalıdır."

Xatırladaq ki, İPL-in II turundan sonra "Liverpul" 6 xalla liderlər siyahısındadır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər