Misli Premyer Liqasının 7-ci turu çərçivəsində "Turan Tovuz" "Şəfa"ya 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev (Kurban Berdyev) matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:
"Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiçi (Denis Marandić, Denis Marandic) yenə ağır zədə aldı".