Aleksandr Qleb: "Müdafiəçi özünü itirdi, cəzalandırdıq"

Aleksandr Qleb: "Müdafiəçi özünü itirdi, cəzalandırdıq"

"Gözlədiyimiz kimi oyun oldu. "Qarabağ” texnikalı komandadı”.

 

 

Bu sözləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Qarabağ” - BATE (0:1) matçından sonra Aleksandr Qleb deyib.

 

Təcrübəli yarımmüdafiəçi jurnalistlər önündə fikirlərini bölüşüb: "Adətən mərkəz müdafiəçiləri etibarlı oynamağa çalışırlar. Amma qol vurduğumuz epizodda "Qarabağ”ın futbolçusu ( Rəşad Sadıqovu nəzərdə tutur) xüsusi nəsə etməyə çalışdı və səhvə yol verdi. Həmin epizodda özünü itirən müdafiəçinin səhvini bağışlamadıq, cəzalandırdıq. Qarşıda cavab matçı var. Evdə də top vurmalıyıq”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər